Dmitri Muradov

Dmitri Muradov
rus. Дми́трий Андре́евич Мура́тов
2018-ci ildə Nadejda Mityuşkinaya Boris Nemtsov mükafatının verilməsi zamanı çəkilən foto
2018-ci ildə Nadejda Mityuşkinaya Boris Nemtsov mükafatının verilməsi zamanı çəkilən foto
Doğum tarixi 29 oktyabr 1961(1961-10-29)[1] (62 yaş)
Doğum yeri
Fəaliyyəti jurnalist, televiziya aparıcısı
Fəaliyyət illəri 1987-ci ildən
Mükafatları "Dostluq" ordeni (Rusiya)
"Şərəf" ordeni (Rusiya)
2021 Nobel Sülh Mükafatı laureatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dmitri Andreyeviç Muradov (rus. Дми́трий Андре́евич Мура́тов;29 oktyabr 1961[1], Kuybışev[2]) — Rusiya jurnalisti, teleaparıcısı. "Novaya qazeta"nın baş redaktoru (1995-2017 və 2019-cu ildən), qurucularından biri.

İfadə azadlığını qorumaq sahəsində fəaliyyətinə görə 2021 Nobel Sülh Mükafatı laureatı (Andrey SaxarovMixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusdür)[3][4]

Muratov 1993-cü ildə bir neçə başqa jurnalistlə birlikdə demokratiya tərəfdarı olan “Novaya qazeta” qəzetini təsis edib. O, 1995-2017-ci illərdə qəzetin baş redaktoru olub, 2019-cu ildə yenidən bu vəzifənin icrasına başlayıb. Qəzet hökumətin korrupsiyası, insan hüquqlarının pozulması, seçki saxtakarlığı, polis zorakılığı və səlahiyyətdən digər sui-istifadə halları[5] kimi həssas mövzularda reportajları ilə tanınır.[6] Baş redaktor kimi o, müstəqil mətbuatın fəal müdafiəçisi idi və Anna Politkovskayanın Putin administrasiyasını diqqətlə araşdıran məqalələrini dərc edirdi. Jurnalistləri Müdafiə Komitəsinin fikrinə görə, Muratov “bu gün Rusiyada milli təsiri olan yeganə həqiqi tənqidi qəzetin” yaradılmasına kömək edib. 28 mart 2022-ci ildə qəzet Roskomnadzordan ikinci xəbərdarlıq aldıqdan sonra onlayn və çap fəaliyyətini dayandıracağını açıqladı.[7]

2022-ci ilin aprelində Norveçin ikinci ən böyük media qrupu olan "Amedia" Rusiyadakı fəaliyyətini dayandırdığı üçün Rusiyadakı təxminən 4 milyon avro həcmində qiymətləndirilən dörd mətbəəsini Muratova təhvil verdiyini elan etdi.[8]

  1. 1 2 https://ria.ru/20211008/muratov-1753662577.html.
  2. 1 2 Muratov and Novaya Gazeta: Russia's independent media stalwarts.
  3. "Главред «Новой газеты» Муратов стал лауреатом Нобелевской премии". РБК (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  4. BFM.ru. "Муратов и Ресса удостоены Нобелевской премии мира". BFM.ru - деловой портал (rus). 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  5. "Dmitry Muratov, Editor of Novaya Gazeta, Russia". 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  6. "Dmitry Muratov". Encyclopædia Britannica. 19 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2022.
  7. "Russia's Novaya Gazeta newspaper pauses activities after official warning". Reuters. 28 March 2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  8. "Norwegian media group Amedia leaves Russia, hands over presses to Novaya Gazeta editor-in-chief". interfax.com. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy